23 
fev
2024
00:34
121
Yuxarı
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
23 fev, 2024
00:34
121
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
“Den.az” xəbər verir ki, Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Dövlət başçısının daha əvvəlki Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad olunub.
Qeyd edək ki, Cahangir Əsgərov ötən ilin sentyabrında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Sərəncamla quruma yeni prezident təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası o vaxt birinci vitse-prezident olan Samir Rzayevə həvalə edilmişdi.
Bizimlə əlaqə saxlayın
Çox oxunanlar