fev
2024
15:51
270

ELMƏ MƏLUM OLMAYAN VAXT MAŞINI KƏŞF ETMƏK İSTƏYİRƏM: 8 yaşlı "vunderkind" danışdı-FOTO/VİDEO

1 fev, 2024
15:51
270

ELMƏ MƏLUM OLMAYAN VAXT MAŞINI KƏŞF ETMƏK İSTƏYİRƏM: 8 yaşlı "vunderkind" danışdı-FOTO/VİDEO

Hər kəs bu şagirdin uğurlarından danışır. 8 yaşlı Sumqayıtlı şagirdi "vunderkind" adlandırmaq olar. O, 80 ölkə arasında birinci olub. Sumqayıt şəhər M. Müşfiq adına 34 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fərid Babayevi tanıyaq. 

O, hələ 3-cü sinif şagirdi olsa da, ölkə daxilində keçirilən müxtəlif olimpiadalarda 50-yə yaxın qələbəsi var. Bundan başqa, Fərid Babayev Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsindən 45 milyon şagird arasında hər il keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin də qalibi olub. O, həm ilkin mərhələdə, həm də final mərhələsində 100%-lik nəticə ilə qızıl medal qazanıb. Daha bir məqam isə Təhsil Nazirliyinin qərarı ilə Fərid 3-cü sinifi tam başa vurmadan , əldə etdiyi uğura görə, ikinci yarım ilində təhsilini 4-cü sinifdə davam etdirir. 
8 yaşlı Fəridin arzularıda var.

Məktəbə hazırlıq qrupundan ona dərs deyil ibtidai sinif müəllimi Aygün Güləliyeva şagirdinin uğuruna çox sevinir .
Balaca Fərid eyni zamanda ABŞ Riyaziyyat Olimpiadasında da qızıl medal qazanıb və bu uğuruna görə Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb. Bu yarış yayda keçiriləcək və maddi imkan olsa, Fərid ölkəmizi bu yarışda da təmsil edəcək.


Nizami Rəsulov
Denaz.Tv

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar