V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb.
Den.az xəbər verir ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub.
Martın 15-də Bakı Dövlət Universitetində və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçirilən olimpiadanın final mərhələsində respublika turunu uğurla keçən 100-dən artıq şagird iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, onlardan 7-si birinci yerə, 11-i ikinci yerə, 10-u isə üçüncü yerə layiq görülüb.
I yerə çıxan 7 şagirddən 2-i Sumqayıt şəhər şagirdləridi. Bəxtiyar Ağayev Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi və Tuncay Əmiraslanlı isə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin X sinif şagirdləridir.