Tanınmış jurnalist, "Xəzər TV"nin aparıcısı Azər Teymurlu dövlət qurumlarından birində yüksək vəzifəyə təyin edilib.
Bu barədə "Den.az"a jurnalist özü məlumat verib.
Belə ki, Azər Teymurlu Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, tanınmış aparıcı Bakı Dövlət Universitetinin jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Əmək fəaliyyətinə 2012-ci ildə Xəzər TV-də başlayan Azər Teymurlu müxbirlikdən şef redaktor vəzifəsinə qədər uzun bir yol keçib.
Müxtəlif dövrlərdə "Aktual qonaq", "Yaşıl ekran" kimi verilişlərin, həmçinin xəbərlər buraxılışının aparıcısı olub.
Tanınmış aparıcıya vəzifə verildi-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.