may
2024
17:14
75

Əfqanıstanda Talibana hücum: 6 nəfər öldü, yaralılar var

8 may, 2024
17:14
75

Əfqanıstanda Talibana hücum: 6 nəfər öldü, yaralılar var

Əfqanıstanın şimal-şərqindəki Feyzabad şəhərində Taliban karvanına (Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) hücum zamanı baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

Den.az xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

Hücum Əfqanıstanın Bədəxşan əyalətində etiraz aksiyaları fonunda həyata keçirilib.

Nəşrin məlumatına görə, Taliban hərbi karvanına hücum partlayıcı maddə olan motosikletdən istifadə edilməklə həyata keçirilib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar