14 
iyn
2023
02:23
164

Əfqanıstanda daşqınlar insan tələfatına səbəb olub

14 iyn, 2023
02:23
164

Əfqanıstanda daşqınlar insan tələfatına səbəb olub - FOTO

Əfqanıstanın 7 əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Den.az xəbər verir ki, bu barədə "TOLOnews" telekanalı Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin nümayəndəsi Şəfiullah Rəhimiyə istinadən məlumat yayıb.
"30 ev zədələnib və ya tamamilə dağılıb, 7 körpü uçub, 832 heyvan tələf olub", - Rəhimi bildirib.
"TOLOnews"un məlumatına görə, son bir neçə gündə daşqınlar ölkənin şərq, şimal-şərq və mərkəzi hissələrində yerləşən yeddi əyalətə (Qor, Kunar, Nuristan, Bədəxşan, Paktiya, Pərvan və Taxar) ziyan vurub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar