Trampın "Boeing 757" təyyarəsi Florida hava limanında başqa bir təyyarə ilə toqquşub.
Den.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Boeing 757" təyyarəsi Florida ştatındakı hava limanında başqa bir təyyarə ilə toqquşub.
Trampın təyyarəsi "West Palm Beach" Beynəlxalq Hava Limanında başqa bir biznes təyyarəsinə çırpılıb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) hesabatında qeyd olunur ki, özəl "Boeing 757" təyyarəsi park edilmiş korporativ təyyarəni vurub, baxmayaraq ki, sənəddə təyyarənin Trampa məxsus olması göstərilmir.
Eyni zamanda, eks-prezidentin qərargahı Reuters-in sorğusuna cavab verməyib.
Agentliyin məlumatına görə, şənbə günü Tramp Nyu Cersidə mitinq keçirib və təyyarə ilə bağlı insident bazar günü yerli vaxtla saat 1 radələrində West Palm Beach-ə eniş etdikdən sonra baş verib.
Günəş Fərəh
Den.az
ŞOK: Trampın "Boeing 757"si başqa təyyarə ilə toqquşdu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.