Xəbər verdiyimiz kimi, ötən gün İran Prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter qəzaya düşüb.
“Den.az”-ın məlumatına görə, İranın “Mehr” agentliyi helikopter qəzasında həlak olan şəxslərin cəsədlərinin ərazidən çıxarılmasını əks etdirən görüntüləri paylaşıb.
Qeyd edək ki, qəza nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər həlak olublar. Onların cəsədləri qəza yerindən Təbriz şəhərinə göndərilib.
Cəsədlərin hadisə yerindən çıxarılma anı - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.