Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin helikopter qəzasında həlak olmasına kədərləndiyini bildirib.
Den.az xəbər verir ki, Ərdoğan hadisə ilə əlaqədar "İran prezidenti, qardaşım İbrahim Rəisi və heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi" deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bəzi rəsmiləri daşıyan helikopterin qəzaya uğraması ilə bağlı paylaşım edib.
Ərdoğan paylaşımında "İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və heyətinin helikopter qəzası keçirməsi bizi dərindən kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq bildirmək istəyirəm ki, hadisə ilə bağlı İran rəsmiləri ilə yaxından, tam təmasda və koordinasiyadayıq, lazım olan hər cür dəstəyi verməyə hazırıq”.
Ərdoğan Rəsinin ölümünə kədərləndi - AÇIQLAMA
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.