21 
may
2024
15:15
548

Təyyarə türbülansa düşdü, ölən və yaralılar var

21 may, 2024
15:15
548

Təyyarə türbülansa düşdü, ölən və yaralılar var

Londondan Sinqapura uçan “Singapore Airlines” aviaşirkətinə məxsus təyyarə güclü türbülansa düşüb.

“Den.az” xəbər verir ki, bu barədə məlumatı aviaşirkət öz feysbuk hesabında yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb. 

Ümumilikdə təyyarənin göyərtəsində 211 sərnişin və 18 ekipaj üzvü olub. Reys Tailandın paytaxtı Banqkoka yönləndirilib və təyyarə orada eniş edib. 

Həlak olanın milli mənsubiyyəti, eləcə də sərnişin, yaxud ekipaj üzvü olması açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın


Çox oxunanlar