Xəbər verdiyimiz kimi, fevralın 17-də Kanadanın Toronto hava limanında “Delta Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Belə ki, təyyarə eniş edərkən çevrilib.
“Den.az”-ın xarici mediaya istinadən məlumatına görə, hadisə zamanı 18 nəfər xəsarət alıb, ölən olmayıb.
İlkin yayılan məlumatda 8 nəfərin yaralandığı bildirilirdi. Qeyd edək ki, təyyarədə ümumilikdə 76 sərnişin və 4 ekipaj üzvü olub.
Həmin görüntüləri təqdim edirik: