“Bayden və Tramp yanvarın 20-dək Qəzzada girovların mübadiləsi məsələsini həll etmək niyyətindədir. Onlar israilli girovların azad edilməsinə nail olmaq üçün əməkdaşlıq etməyə hazırlaşırlar”.
Den.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Bayden Oval kabinetdə HƏMAS hərəkatı tərəfindən girov götürülən amerikalıların qohumları ilə görüş keçirib. Prezident bildirib ki, Trampın andiçmə mərasiminə qədər girovların azad edilməsini təmin etməyə çalışır.
Portalın məlumatına görə, Bayden Trampla iki saatlıq söhbət zamanı İsrail və HƏMAS arasında girovların qaytarılması və Qəzza zolağında atəşkəsin əldə edilməsi məsələsində qüvvələri birləşdirməyi xahiş edib. Nəşr hesab edir ki, Tramp andiçmə mərasimini daha az böhranla keçirmək istəyir.
Günəş Fərəh
Den.az
Tramp və Bayden bu məsələdə əməkdaşlığa hazırlaşır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.