Bayden Ukraynaya ən son yardım paketini göndərməyə hazırlaşır.
Den.az xəbər verir ki, bu barədə “Politico”nun köşə yazarı Cek Detç məlumat verib.
O bildirib ki, Bayden administrasiyası Ukraynaya son 6 milyard dollarlıq yardım paketini göndərmək niyyətindədir.
“Bayden Donald Trampın andiçmə mərasiminə qədər Ukraynaya qalan 6 milyard dollarlıq təhlükəsizlik yardımını təsdiqləməyi planlaşdırır. Çünki Trampın andiçməsindən və dövlətin rəhbərliyini əlinə almasından sonra yardımların dayandırılacağını düşünür”, – jurnalist yazıb.
Qdeyd olunur ki, Tramp Kiyevə hərbi yardım ayırmağı dayandıra bilər. Bunsuz Ukrayna Donbassda daha çox mövqelərini itirmək riski ilə üzləşəcək.
Günəş Fərəh
Den.az
Bayden Ukraynaya ən son yardım paketini göndərməyə hazırlaşır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.