NATO-nun uzaqmənzilli silahlarından istifadə ediləcəyi təqdirdə Rusiyanın Kiyevə və NATO elementlərinə hücum etmək hüququ olacaq.
Den.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə bəyanatla çıxış edib. Medvedev ABŞ-ın Ukraynaya verdiyi uzaqmənzilli silahların Rusiya ərazisində istifadəsinə icazə verməsi ilə bağlı iddiaları dəyərləndirib. O, bu raketlərin Ukraynanın müharibədəki hərəkətlərinə töhfə verməyəcəyini bildirib. Medvedev Rusiya Prezidenti Vladimir Putinin “Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsi NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Ukraynadakı müharibəyə qoşulması deməkdir” fikirlərini xatırladaraq deyib:
"Bunun nəticəsində nüvə doktrinasının yeni variantı qəbul edildi. NATO-nun raketlərindən bu şəkildə istifadə edilməsini müttəfiq ölkələrin Rusiyaya qarşı hücumu kimi dəyərləndirmək olar. Bu halda Kiyev və NATO elementləri harada olurlarsa olsunlar, onlara kütləvi qırğın silahları ilə cavab veriləcək. Rusiyanın bunu etmək hüququ var və bu, üçüncü dünya müharibəsi olacaq”.
Rusiyadan üçüncü dünya müharibəsi xəbərdarlığı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.