“Qərb Rusiya və Belarusa qarşı hərbi əməliyyatlara hazırlaşır”.
Den.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
O bildirib ki, nüvə məsələsi xüsusi narahatlıq doğurur.
“Belarus və Rusiya kəskin geosiyasi qarşıdurma kontekstində artan təhlükəsizlik təhdidləri ilə üz-üzədir. Həyata keçirilən fəaliyyətlərin xarakteri Qərbin İttifaq dövlətinə qarşı hərbi əməliyyatlara hazırlaşdığını göstərir. İttifaq dövlətinin qərb sərhədlərində Amerika və NATO qoşunlarının sayının artması, həmçinin ABŞ və onun müttəfiqlərinin siyasi və iqtisadi təzyiqlərinin çoxalması bunu deməyə əsas verir. Belə ki, 2024-cü ilin əvvəlindən Avropada 400-dən çox təlim keçirilib və bu təlimlərdə 500 minə yaxın hərbçi iştirak edib”.
Belarus rəsmisinin sözlərinə görə, nüvə məsələsi xüsusi narahatlıq doğurur.
“ABŞ Avropa ölkələrində yerləşdirilən taktiki nüvə silahlarını modernləşdirməyə başlayıb. Həmçinin öz qüvvələrinin hazırlığını gücləndirib. 2024-cü ilin oktyabrında Avropada 2,7 min əsgərin və nüvə başlıqlı qanadlı raketləri daşıya bilən 90 təyyarənin iştirakı ilə NATO-nun iki təlimi keçirilib. Şərqi Avropa ölkələrinin ərazisində hərbi infrastruktur fəal şəkildə təkmilləşdirilir. Polşa və Baltikyanı ölkələrdə beş aerodrom, iki hərbi dəniz bazası və altı böyük poliqonun modernləşdirilməsi başa çatıb”, – deyə Volfoviç vurğulayıb.
Günəş Fərəh
Den.az
"Nüvə məsələsi xüsusi narahatlıq doğurur" - Volfoviç

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.