“Flydubay” yanvarın 3-nə kimi Rusiyanın Soçi və Mineralnıy Vod şəhərlərinə uçuşları ləğv edib.
Den.az xəbər verir ki, bu barədə “TASS”a aviaşirkətin nümayəndəsi məlumat verib.
Müvafiq qərar əməliyyat səbəbi ilə qəbul edilib.
“Dubay Beynəlxalq Hava Limanından Mineralnıy Vod Hava Limanına reyslər 3 yanvar 2025-ci il tarixinədək ləğv edilib. Soçi Hava Limanına uçuşlar isə 2 yanvar 2025-ci il tarixinədək həyata keçirilməyəcək”, – deyə açıqlamada vurğulanıb.
“Flydubay” sərnişinlərə ləğv edilmiş reyslərin yenidən bron edilməsi və ya pulun qaytarılması variantları ilə bağlı məlumat almaq üçün aviaşirkətin əlaqə mərkəzinə müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, bundan öncə AZAL da yarana biləcək riskləri nəzərə alaraq Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod və Vladiqafqaza uçuşları təxirə salıb.
Günəş Fərəh
Den.az
“Flydubay” Rusiyanın Soçi və Mineralnıy Vod şəhərlərinə uçuşları ləğv edib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.