ABŞ-ın Texas ştatının Hyuston şəhərindən Nyu-Yorka uçan "United Airlines" təyyarəsində uçuş-enmə zolağında yanğın baş verib, nəticədə sərnişinlər təxliyə edilib.
Den.az xarici mediaya istinadla xəbər verir ki, məlumata görə, təyyarə havaya qalxmağa hazırlaşarkən yanğın qeydə alınıb. Hadisə yerinə dərhal yanğınsöndürmə xidməti və təcili yardım qrupları cəlb olunub. Rəsmilər bütün sərnişinlərin və heyət üzvlərinin vaxtında təxliyə edildiyini və xəsarət alan olmadığını bildiriblər.
İlkin araşdırmalara əsasən, yanğının texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. "United Airlines" rəhbərliyi sərnişin təhlükəsizliyinin onların əsas prioriteti olduğunu vurğulayaraq, insidentin araşdırılması üçün aidiyyəti qurumlarla əməkdaşlıq etdiklərini açıqlayıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Daha bir təyyarədə yanğın baş verdi - Sərnişinlər təxliyə edildi - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.