24 
fev
2024
23:30
533

Sarayda MTK binasında güclü yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb-YENİLƏNİB

24 fev, 2024
23:30
533

Sarayda MTK binasında güclü yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb-YENİLƏNİB

24.02.2024-cü il tarixində saat 21:44 radələrində Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub. 


Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 

Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
******
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


*******

Abşeronda yaşayış binasında güclü yanğın başlayıb.

Den.az xəbər verir ki, hadisə Saray qəsəbəsində ki, MTK binasında qeydə alınıb.

Hadisə yerinə FHN-nin Sumqayıt və Abşeron qarnizonundan çoxsaylı yanğınsöndürənlər cəlb olunub.

Hazırda çoxmərtəbəli yaşayış binasının 10-ci mərtəbəsində qeydə alınan yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək....

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar