Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Suriyanın müvəqqəti hökumətinin başçısı Əhməd əl-Şaraanın ölkəyə səfəri üçün təyyarə ayırıb.
Den.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
“Suriya Prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd Həsən Şeybani Türkiyəyə səfərə gediblər. Türkiyə prezidenti onlar üçün xüsusi təyyarə ayırıb”, - deyə məlumatda bildirilir.
Bir gün əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya keçid hökumətinin prezidenti Əhməd əl-Şaraa Ankarada danışıqlarda Suriyada türk aviabazalarının yaradılması imkanını müzakirə edəcəklər.
Günəş Fərəh
Den.az
Ərdoğan onlar üçün xüsusi təyyarə ayırdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.