ABŞ Prezidenti Donald Tramp Britaniya şahzadəsi Çarlz Albert David Harrinin ölkədən deportasiya olunması ehtimalını istisna edib.
"Den.az" xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.
"Mən bunu etmək istəmirəm. Onu rahat buraxacağam. Harrinin həyat yoldaşı ilə kifayət qədər problemi var. Qadın (Meqan Markl - red.)
dözülməzdir", - Tramp bildirib.
Marqaret Tetçer adına mərkəzin analitiki Nayl Qardiner daha əvvəl müsahibəsində Harrinin yaxın aylarda deportasiya ediləcəyini deyib.
Britaniya şahzadəsinin viza məsələsi onun "Spare" avtobioqrafiyasının dərc olunmasından sonra yenidən aktuallaşıb. Kitabda o, yeniyetmə yaşlarında kokain istifadəni etiraf edib.
2024-cü ilin mart ayında Tramp söyləyib ki, əgər Harrinin vizası qanunsuz əldə edilibsə, o, arzuolunmaz nəticələrlə üzləşə bilər.
Xatırladaq ki, 2020-ci ilin yanvarında şahzadə Harri və həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək ABŞ-yə köçüblər.
Tramp şahzadə Harrini ABŞ-dən deportasiya etmək niyyətində deyil

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.