Türkiyədə yediyi meyvənin tumunu udan qadının ağciyəri çürüyüb.
Den.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Trabzonun Akçaabat rayonunda baş verib.
Belə ki, 66 yaşlı Fatma Karabacakın udduğu gavalı toxumu nəfəs borusundan ağciyərlərinə keçərək ağciyərinin bir hissəsini çürütüb.
Xəstə tez-tez ağciyər infeksiyası keçirdiyi üçün həkimə müraciət edib. Həkimlər tomoqrafiyadan sonra ağciyərdə yad cisim aşkarlandığını bildirib. Qadının sağ ağciyərində anormal zədə göründüyü üçün o xəstəxanaya göndərilib.
Əməliyyat edilən qadının ağciyərinin bir hissəsi götürülüb.