20 
apr
2024
09:50
129

BAKIDA DƏHŞƏT: Sevgilisini qətlə yetirib, özünü bıçaqladı

20 apr, 2024
09:50
129

BAKIDA DƏHŞƏT: Sevgilisini qətlə yetirib, özünü bıçaqladı -YENİLƏNİB

Aprelin 20-si səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Qurbanov Səbuhi İlkin oğlu sonra özünə xəsarət yetirib. O, xəstəxanya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.


*********

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

“Den.az” APA-ya istinadən xəbər verir ki, hadisə Xudu Məmmədov 13 ünvanında qeydə alınıb.

Belə ki, iri marketlərin birinin qarşısında 24 yaşlı oğlan sevdiyi 22-24 yaşlı qadının ürək nahiyyəsinə bıçaq zərbəsi vurub.

Qadın aldığı xəsarətlərdən ölüb. Sonra o, özünə bıçaq zərbələri vurub.

Oğlan aldığı xəsarətlər səbəbindən Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Qadının meyiti morqa təhvil verilib. Hazırda ölən qadının ad və soyadı dəqiqləşdirilir.

Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar