Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən restoranda güclü yanğın baş verib.
“Den.az” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 22 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Çin Sədri Si Cinpin zərərçəkənlərə yardım göstərməklə əlaqədar tapşırıq verib.
Yanğının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.