Xəbər verdiyimiz kimi, Abşeron rayonunda gecə saatlarında iaşə obyektində güclü yanğın olub. Yanğın Fitnes zall və ona bitişik restoranda qeydə alınıb.
Ancaq yanğnın söndürülməsində çətinliklərdə olub. Yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında çətinliklər yarandı.
“Den.az” xəbər verir ki, bu sözləri Abşeron rayonun Xırdalan şəhərində ki, AAAF Park Yaşayış Kompleksi ərazisində yerləşən faxralı restoranında baş vermiş dəhşətli yanğının söndürülməsi zamanı jurnalistlərə müsahibəsində DYMX-nin rəis müavini Taleh Babayev deyib.
Ancaq yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının sakinləri təxliyə edilib.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Den.az
Taleh Babayev: Avtomobillərin düzgün park edilməməsi Xırdalandakı yanğının söndürülməsinə mane oldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.