Ukraynanın Jitomir vilayətində dəhşətli qətl hadisəsi baş verib. Kişi həmkəndlisinin evinə soxularaq qadını öldürüb. Məlum olub ki, cinayətkar mərhumu evdən çıxan həyat yoldaşı ilə səhv salıb.
Den.az yerli KİV-ə istinadla bildirir ki, Qrışkivtsi kəndindəki fərdi evlərdən birində qadın meyiti aşkarlanıb.
Müəyyən edilib ki, ötən gün axşam saatlarında bir qrup şəxs, zərərçəkmiş yerli sakinin evinə girib. Onlardan biri qadını tutub, üzünə və başına yumruqla vurub.
Bundan sonra o, gedib və spirtli içki içməyə davam ediblər. Yalnız səhər saatlarında qonağın öldüyünü hiss ediblər.
İlkin məlumata görə, cinayətkar kişi öldürdüyü qadını evdən çıxan həyat yoldaşı ilə səhv salıb. Mövcud qanunvericiliyə görə, şübhəlini 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.