Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.
“Den.az”-ın yerli bürosu xəbər verir ki, hadisə fevralın 28-də baş verib.
Məlumata görə, Abdıyev Elxan Vaqif oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Abdıyeva Humay Gəray qızına gecə saat 12 radələrindən başlayaraq səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyərək, başına, eləcə də bədəninin müxtəlif nayihələrinə çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.
O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.
Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.
Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Cütlüyün Məzahir (12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.
Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Gəncədə DƏHŞƏT: Kişi balta və armaturla həyat yoldaşını...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.