Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar keçiriləcək. Görüş Moskva vaxtı ilə saat 10:00-da, Bakı vaxtı ilə isə 11:00-da start götürəcək.
Den.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, danışıqlar İstanbulun mərkəzində yerləşən Dolmabağça sarayında baş tutacaq.
Qeyd edək ki, Türkiyə bu prosesdə vasitəçi rolunu oynamaq istədiyini dəfələrlə bəyan edib və danışıqların İstanbulda keçirilməsi Ankaranın diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilir.