Rusiya və ABŞ arasında Ər-Riyadda (Səudiyyə Ərəbistanı) məsləhətləşmələr ikinci qısa fasilədən sonra yenidən başlayıb.
“Den.az” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tərəflər arasında danışıqlar artıq altı saatdan çoxdur davam edir.
12:10
Ər-Riyadda Rusiya- ABŞ ekspert məsləhətləşmələri başlayıb.
“Den.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edir.
Tərəflərin xüsusilə 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər fəaliyyət göstərən "Qara dəniz təşəbbüsü" və ya "taxıl sazişi" kimi tanınan sənədin mümkün bərpası perspektivlərini müzakirə edəcəkləri gözlənilir.
Bundan əvvəl Ər-Riyadda ABŞ tərəfi ilə Ukrayna nümayəndələri arasında danışıqlar keçirilib. ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq daha əvvəl bildirmişdi ki, Səudiyyə Ərəbistanının paytaxtında Vaşinqton münaqişənin həlli məsələsində Rusiya və Ukrayna nümayəndələri arasında dolayı danışıqlar keçirmək niyyətindədir.
10:15
Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyaddakı Ukrayna münaqişəsinin həllinə dair danışıqlara Bakı vaxtı ilə saat 11:00-da başlamağı planlaşdırırlar.
"Den.az" xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Kit Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uoltsın köməkçilərinin daxil olacağı gözlənilir.
Rusiya və ABŞ arasındakı danışıqlar 6 saatdan çoxdur davam edir - YENİLƏNİB-2

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.