Qəzzada 7 oktyabr 2023-cü il hücumunun planlaşdırılmasında və həyata keçirilməsində "əhəmiyyətli rol" oynayan HƏMAS-ın qurucusu öldürülüb.
Den.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Qeyd edilib ki, Qəzza şəhərinin Sabra bölgəsində Həkham Məhəmməd İsa Əl-İssa öldürülüb. Həkham Məhəmməd İsa Əl-İssa HƏMAS-ın hərbi qanadında yüksək vəzifəli şəxs olub bu təşkilatın qurucularından biri hesab olunub.
Onun hazırkı vəzifəsi HƏMAS-ın hərbi qanadında Döyüş Dəstəyi Qərargahının rəhbəri olub.