Qəzzada iki jurnalist həlak olub.
Den.az "WAFA" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər İsrail döyüş təyyarələrinin Qəzza zolağını bombalaması nəticəsində iki fələstinli jurnalist ölüb, biri isə yaralanıb.
Bildirilib ki, jurnalistlərin çalışdığı Qəzza valiliyinin İnstitusiyalar küçəsində yerləşən "Hajji Tower" binası bombalanıb və tamamilə dağılıb. Nəticədə "Əl-Khamsa News" saytının baş redaktoru, Rəfah əyalətinin sakini Səid Radvan əl-Tavel və Qəzza sakini, "Khabar" Agentliyinin fotoqrafı Məhəmməd Rizq Sobh həlak olub.
Jurnalist Hişam Əl-Nəvacha ağır xəsarət alıb və reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub regionuna hücumuna və törətdiyi terror aktlarına cavab olaraq İsrail Qəzzada hərbi əməliyyata başlayıb. İsrail Baş naziri Netanyahu bildirib ki, İsrail müharibə vəziyyətindədir. Artıq həm İsraildə, həm də Qəzzada ölən mülki vətəndaşların sayı 1000-i keçib.
Qəzzada iki jurnalist həlak olub

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.