Güclü sel Nepalı Çinlə birləşdirən “Dostluq Körpüsü”nü yuyub aparıb.
“Den.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində Nepalda ən azı 18, Çində isə 11 nəfər itkin düşüb.
Nepalda itkin düşənlər arasında 6 çinli işçi və 3 polis var.
Həmçinin qeyd olunub ki, 8 elektrikli avtomobil də su altında qalıb və kiçik su elektrik stansiyası zədələnib.Qafqazinfo.az