16 
iyl
2023
20:08
183
Yuxarı
Cənubi Koreyada yağışlar nəticəsində ölənlərin sayı 37-yə çatıb
16 iyl, 2023
20:08
183
Cənubi Koreyada yağışlar nəticəsində ölənlərin sayı 37-yə çatıb
Bununla bağlı bazar günü ölkənin təhlükəsizlik və təbii fəlakətlərə cavab tədbirləri üzrə mərkəzin qərargahına istinadən məlumat yayılıb.
Bildirilib ki, daha 10 nəfər itkin düşüb.
Güclü yağışlar nəticəsində yerli çaylar məcrasından çıxıb. 685 metr uzunluğunda tuneldə avtobus da daxil olmaqla, 15 avtomobil qalıb. Bu səbəbdən zərərçəkənlərin sayının arta biləcəyi istisna edilmir.
Hazırda axtarış əməliyyatları davam edir. Bildirilir ki, təbii fəlakət qurbanlarının sayı son 12 ildə ölkə üzrə ən yüksək göstəriciyə çatıb.
Xatırladaq ki, 2011-ci ildə ölkədəki təbii fəlakət nəticəsində 78 nəfər itkin düşüb və ya ölüb.
Mənbə: TASS
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar