Atəşkəsdən sonra Ukraynaya Fransa və Britaniyadan hərbi kontingent üçün 50 min nəfərlik qoşun yerləşdiriləcək.
Den.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə mətbuat konfransında bildirib.
Makron qeyd edib ki, birgə qüvvələr digər Avropa tərəfdaşlarını da əhatə edə və NATO-nun istifadəsinə verilə bilər.
Fransa prezidenti vurğulayıb ki, bu Fransa-Britaniya birgə ekspedisiya qüvvələri Ukraynada atəşkəs rejiminə riayət olunmasına zəmanət verəcək gələcək beynəlxalq qüvvələrin əsasını təşkil etmək niyyətindədir.
Makron və Starmer diplomatik işlərlə paralel olaraq Rusiyaya təzyiqin davam etdirilməsinin vacibliyini də vurğulayıblar. Britaniya hökuməti başçısının sözlərinə görə, Ukraynada Avropa sülhməramlı kontingentləri üçün layihələr uzun inkişaf dövründən sonra nəhayət ki, konkret konturlar əldə edib.