ABŞ və Avropa ölkələri Rusiyanın irəli sürdüyü şərtlərlə razılaşarsa, Ukraynadakı müharibə tezliklə sona çata bilər.
Den.az xəbər verir ki, bu barədə Çikaqo Universitetinin professoru tanınmış beynəlxalq münasibətlər eksperti Con Mearsheimer açıqlama verib.
“Sülh sazişinin bağlanması məsələsi çox sadədir. Ruslar bir sıra şərtlər irəli sürüblər və onlar, ən azı, sazişin əsas müddəaları baxımından müzakirəyə tabe deyil. ABŞ və Avropa isə sadəcə olaraq bu şərtləri qəbul etməkdən imtina edirlər”.
Ekspert vurğulayıb ki, Qərb ölkələri mütəmadi olaraq dərhal atəşkəsin zəruriliyindən danışsalar da, Rusiyanın uzun müddətdir döyüşləri dayandırmazdan əvvəl konkret və məntiqli sülh razılaşmasına ehtiyac olduğunu bildirməsinə məhəl qoymurlar.(Globalinfo.az)