apr
2024
19:17
85

"Azərbaycan bunu Ermənistana şərt kimi irəli sürməlidir" - DETALLAR

7 apr, 2024
19:17
85

"Azərbaycan bunu Ermənistana şərt kimi irəli sürməlidir" - DETALLAR

Ermənistan sözün həqiqi mənasında rəsmi Bakı tərəfindən qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürməklə sülh müqaviləsinə mane olur. Ən son bu ölkənin baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülən iki şərt də bunu təsdiqləyir. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.

Den.az-ın xəbərinə görə, politoloq deyib ki, Ermənistan sürətlə silahlanır. Onun sözlərinə görə, müdafiə xərcləri və yeni silahların alınması istiqamətində milyonlarla dollar vəsait artırılır:

"Baş nazir Nikol Paşinyan yeni silahların alınacağını hökumətin əsas strateji xətti olduğunu vurğulayıb. Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlar müstəvisində Ermənistanın silahlanaması sual doğurur".

Politoloq deyib ki, Ermənistanda revanşist qüvvələr qalmaqdadır və onların hakimiyyətə gəlmək iddiaları qalır:

"Ermənistanın silahlanaması regionun təhlükəsizliyi üçün riskdir və silahlanma prosesi davam edəcəksə, bu ölkə ilə sülh müqaviləsinin bağlanması yetərli deyil. Azərbaycan Ermənistanla sülh müqaviləsinə silhalanmadan imtina etməsini şərt kimi irəli sürməlidir. Hazırkı Ermənistanın həyata keçirdiyi siyasət fonunda sülh müqaviləsinin bağlanması mümkün deyil".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar