Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib.
“Denmedia.az” xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.
“Bəzi əməliyyatları təsdiq etdim”, - deyə Ukrayna lideri qeyd edib.
Məlumata görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyukun hesabatını dinləyib. Hesabatda həmçinin döyüş meydanındakı vəziyyət də yer alıb.