Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Ali Baş Komandanı Aleksandr Sırskiyə , ölkənin müdafiə naziri Denis Şmıxala, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerova pilotsuz uçuş aparatlarının alınmasını artırmağı tapşırıb.
Den.az xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.
Onun sözlərinə görə, bu, cəbhə və Ukrayna şəhərlərinin mühafizəsi üçün nəzərdə tutulan dronlara aiddir.
Ukrayna prezidenti əlavə edib ki, gələn həftə müvafiq əlavə müqavilələr imzalanacaq.(Globalinfo.az)