Əfqanıstanda İrandan deportasiya edilən miqrantları daşıyan avtobus qəzaya uğrayıb.
Denmedia.az xəbər verir ki, avtobus motosiklet və yük maşını ilə toqquşub. Nəticədə avtobus yanıb, 71 nəfər həlak olub.
Qeyd edək ki, İran Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və Miqrantlar İdarəsinin rəisi Nader Yarəhmedinin sözlərinə görə, martın 21-dən bu yana 772 mindən çox qeyri-qanuni əfqan miqrant İranı tərk edib.Publika.az