Abşeron rayonunun Xırdalan şəhərində ciddi yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Denmedia.az-a hadisə şahidləri məlumat verib.
Məlumata görə, BMW markalı avtomobil yüksək sürətlə hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində yaşayış kompleksinin qarşısında yerləşən aptekə çırpılıb.
Qəza nəticəsində sürücünün ağır xəsarətlər aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


Nizami Rəsulov
Denmedia.az

