“Şimal axını”nda partlayışla bağlı yeni təhqiqat Qərbin Vladimir Zelenskini Ukraynada hakimiyyətdən uzaqlaşdırmaq planını həyata keçirmək məqsədi daşıyır.
Denmedia.az xəbər verir ki, bu barədə misirli olan iqtisadi tədqiqatçı Əhməd Adel "InfoBRICS" üçün yazdığı məqaləsində bildirib.
“İstintaqın başlanması daha böyük siyasi məqsədə xidmət edir – Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq”, – məqalədə deyilir.
Müşahidəçinin sözlərinə görə, Qərb ölkələri Rusiya ilə danışıqlar aparmaq imkanı əldə etmək üçün Zelenskinin istefasını istəyir.Publika.az