apr
2024
23:55
176

Paşinyanı bir sutka ərzində hakimiyyətdən salına bilər - ŞOK AÇIQLAMA

8 apr, 2024
23:55
176

Paşinyanı bir sutka ərzində hakimiyyətdən salına bilər - ŞOK AÇIQLAMA

"Kollektiv Qərb Ukraynaya dəstək vermək əvəzinə, Ermənistandan Rusiyanı çıxaracağını zənn edir".

Bu fikiri "Den.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki,  ABŞ və Avropa İttifaqı Ukraynada Rusiya ilə geosiyasi toqquşmada fikir ayrılıqlarıni aradan qaldıra bilmir:

"Amma, Ermənistana dəstəkdə ortaq fikrə malikdirlər. Kollektiv Qərb Ukraynada taktiki olaraq Rusiyaya qarşı hərbi müstəvidə məğlub olmaqdadır. Rusiyanı Cənubi Qafqazdan və Şərqi Avropada mövqeyini zəiflətmək üçün ən strateji platldsarm Ukraynadir. ABŞ burada Ukraynanı Rusiya ilə təkbətək buraxıb. Üç aydır ki, ABŞ-dan Ukraynaya silah göndərilmir. Amma, Ermənistana hərbi təlimatçılar gəlir. Vaşinqton və Brüssel Cənubi Qafqazda guya Ermənistandan Rusiyanı çıxarır. N. Paşinyana siyasi və təhlükəsizlik dəstək ifadə edir. Çox ciddi strateji səhvə yol verirlər. Əgər, Vaşinqton Rusiyani Cənubi Qafqazdan xüsusilə Ermənistandan çıxarmaq istəyirsə, İrəvana ciddi təzyiq edib, Azərbaycanla sülhə məcbur etməlidir. Bununla da  Rusiyanın Ermənistanda mövqeyi ciddi zəifləyəcək. Amma, bunun əksinin şahidi oluruq. Əgər, Rusiya Ukraynada qalib gələrsə, N. Paşinyanı bir sutka ərzində hakimiyyətdən salacaq və Ermənistanda Qərbin bütün hərbi təlimatçılarinı qovacaq. Bu da Azərbaycan və region üçün ciddi təhlükə gətirəcək. Vaşinqton və Brüssel Ukraynaya tam dəstək verməklə, Rusiyanı Ermənistandan növbəti mərhələdə çıxara bilər".

Politoloqun sözlərinə görə, hazırda Qərb Azərbaycanin üzərinə düşüb, guya Ermənistanin ərazilərinə Azərbaycan müdaxilə edəcək kimi təzyiqlər edir:

"Azərbaycanı demokratiya və insan haqlarında tənqid edir. Halbuki Ukraynada hərgün yüzlərlə insanın ölümünü seyrçi qalır. Kollektiv Qərb Ukraynaya dəstək olmaq əvəzinə, Cənubi Qafqazda əlavə problemlər yaradır. Ermənistan rəhbərliyi Qərbin Ukraynaya "dəstəyini" görmək istəmir.Azərbaycanla ikitərəfli danışıqlara getmək əvəzinə, sərhəddə ordu yığır. Qərb və Rusiya Ermənistana dəstək verməklə Azərbaycanın sülh istəyinin qarşısını alırlar. Yeni müharibə isə, Ermənistan üçün acı nəticələri ola bilər".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar