Nepaldakı kütləvi iğtişaşlarda həlak olanların sayı 51 nəfərə çatıb.
“DenMedia.az” xəbər verir ki, bu barədə məlumatı “France-Presse” agentliyi yayıb.
Aksiyalar zamanı 1300-dən çox insanın isə yaralandığını qeyd olunub.
Daha əvvəl yayılan məlumatda 34 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə məhdudiyyətlər qoyulması ölkədə kütləvi etirazlara səbəb olub. Aksiyalar fonunda ölkənin Baş naziri Şarma Oli istefa verib. Etirazçılar bir sıra dövlət müəssisəsinin binasını yandırıb.
Sentyabrın 10-da Nepal ordusu ölkənin böhrandan çıxarılması ilə bağlı etirazçıların nümayəndələri ilə danışıqlara hazırlaşdığını açıqlayıb.