Nepalda “Sheetal Niwas” hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub.
DenMedia.az xəbər verir ki, binada baş ofis və idarələr, o cümlədən ölkənin baş nazirinin kabinetləri yerləşib.
Qeyd olunub ki, yanğınsöndürmə briqadaları alovu söndürməyə belə gəlməyiblər.
“Sheetal Niwas” Asiyanın ən böyük saraylarından biri hesab olunur.
Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla, 26 sosial media platformasını bloklamaq qərarına görə iki gündür kütləvi etirazlar keçirilir.