Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində baş verən partlayışda 5 əsgər, sonrakı toqquşmada isə 5 yaraqlı ölüb.
Denmedia.az xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələrinin Keç bölgəsində silahlılara qarşı keçirdiyi əməliyyat zamanı əldəqayırma partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 5 əsgər həlak olub.
Bölgədə baş verən növbəti toqquşmada isə Hindistanın dəstəklədiyi "Fitna əl Hindustan" təşkilatına bağlı 5 silahlı öldürülüb.
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətindən (ISPR) verilən açıqlamada vurğulanıb ki, Pakistan təhlükəsizlik qüvvələri ölkədə terrorizmi aradan qaldırmaqda qərarlılığını davam etdirir.Publika.az