Pakistanın mərkəzi hissəsində ölkənin Hərbi Hava Qüvvələrinin “Mianvali” bazasına hücuma cəhd edilib.
“Den.az” xəbər verir ki, bu barədə məlumatı “The Dawn” qəzeti yayıb.
“Şənbə günü səhər saatlarında Pakistan Hərbi Hava Qüvvələrinin təlim bazası terror hücumuna məruz qalıb. Silahlı Qvvələrin cavabı sayəsində hücumun qarşısı alınıb və personalın təhlükəsizliyi təmin edilib”, - deyə Pakistan xüsusi xidmət orqanlarının yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, 3 hücumçu məhv edilib, daha 3-ü isə saxlanılıb. Eyni zamanda, hücum zamanı 3 təyyarə və yanacaq çəninə ziyan dəyib.
Hücuma görə məsuliyyəti “Tehrik-i-cihad Pakistan” qruplaşmasının döyüşçüləri öz üzərinə götürüb.
Pakistan HHQ-nin bazasına hücum edilib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.