DenMedia.az xəbər verir ki, NATO-nun rəsmi saytında yayılan məlumata görə, Alyansın baş katibi Mark Rutte Ukrayna münaqişəsinin yüksək ehtimalla danışıqlar yolu ilə başa çatacağını bildirib.
O vurğulayıb ki, NATO mümkün sülh sazişi və ya atəşkəsdən sonra da Ukraynanın təhlükəsizliyini təmin etməyə davam edəcək.
“Hər bir münaqişə bir gün başa çatır, baxmayaraq ki, bu, həmişə danışıqlar yolu ilə olmur. İkinci Dünya Müharibəsini qeyd-şərtsiz qələbə ilə başa vurduq. Soyuq Müharibəni isə Reyqan və Tetçer ilə birlikdə qazandıq. Ukrayna ilə bağlı vəziyyətin isə çox güman ki, danışıqlarla bitəcəyini düşünürük. Ancaq Prezident Zelenski bilməlidir ki, ölkəsi istənilən sülh razılaşmasından və ya atəşkəsdən sonra da qorunacaq,” – deyə Rutte bildirib.