Avropanın Rusiya-Ukrayna müharibəsindən sonra Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsində liderliyi öz üzərinə götürməyə hazır olduğu bildirilib.
Den.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte sosial media hesabında paylaşım edib.
“Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində liderlik etməyə hazır və istəklidir”, - deyə o yazıb.
Rutte Avropanın NATO-nun kollektiv təhlükəsizliyinə də sərmayə qoymağa hazır olduğunu qeyd edərək, təfərrüatların razılaşdırılması gərəkdiyini vurğulayıb.
Günəş Fərəh
Den.az
Avropa Ukrayna ilə bağlı bunu etməyə hazırdır - Rutte

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.