ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağı ilə bağlı sülh planını yekunlaşdırmağı planlaşdırırlar.
DenMedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt "Fox News" telekanalının efirində məlumat verib.
“Baş nazir Benyamin Netanyahu bir neçə saat ərzində gələcək və prezidentlə görüşəcək. Ümid edirik ki, bu görüş zamanı sülh planı yekunlaşdırılacaq,” – deyə Livitt bildirib.
Görüşün bazar ertəsi, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulur.