İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini təxirə salınıb.
Den.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Məlumatda bildirilib ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib.
Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında isti münasibətləri yüksək qiymətləndirib.
Qeyd edək ki, B.Netanyahunun Bakıya səfəri mayın 8-də planlaşdırılırdı.