ABŞ federal hökumətinin fəaliyyətinin qismən dayandırılması (şatdaun) bir neçə həftə uzana bilər.
DenMedia.az xəbər verir ki, bu barədə Texas ştatından olan respublikaçı senator Ted Kruz Fox News telekanalına müsahibəsində bildirib.
Siyasətçinin fikrincə, şatdauna görə məsuliyyət Demokrat Partiyasının üzərinə düşür.
“Demokratlar bununla demək istəyirlər: ‘Biz Donald Trampı sevmirik, biz Donald Trampı o qədər nifrətlə qarşılayırıq ki, hökumətin fəaliyyətini dayandırmağa belə hazırıq’”, – deyə Kruz bildirib.
1 oktyabrda ABŞ Senatı Demokratlar tərəfindən təklif olunmuş hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini rədd edib.
Layihənin lehinə 55 senator, əleyhinə isə 45 senator səs verib. Razılaşma əldə olunmadığı təqdirdə, həftənin ortasından etibarən hökumət idarələri yalnız ən vacib funksiyalar istisna olmaqla fəaliyyətlərini dayandırmalı olacaqlar.
Əgər Nümayəndələr Palatası və Senat ortaq qərara gələ bilməsə, hökumətin işi tamamilə dayandırılacaq. Şatdaun baş verəcəyi halda sərhəd xidmətləri, poçt və sosial xidmətlər fəaliyyətini davam etdirəcək, lakin dövlət qulluqçuları, o cümlədən hərbçilər əməkhaqqı ala bilməyəcək.